Bu gün futzal üzrə Yüksək Liqada III turun oyunları keçiriləcək. Gün ərzində 5 qarşılaşma baş tutub. Oyunlar Olimpik Starda olub. Ən diqqətçəkən görüş əzəli rəqiblər "Neftçi" ilə EKOL arasında olub

Bu gün futzal üzrə Yüksək Liqada III turun oyunları keçirilib. Matc.az xəbər verir ki, günün ilk matçında arxada qalan 2 turda qələbə qazana bilməyən komandalar qarşılaşıb. 
 
Daha təcrübəli oyunçulardan qurulmuş "Marafon" fasiləyə qədər 3 cavabsız top vurub. İkinci hissədə də üstünlüyünü qoruyan "Marafon" 3 xal "siftəsi"ni edib. 
 
Turun ikinci oyunu da gərgin keçib. Turnir cədvəlində də bir-birinə yaxın olan komandaların görüşünü "tələbələr" qazanıb. 
 
Mərkəzi oyunda isə əzəli rəqiblər üz-üzə gəlib. Fasiləyə qədər komandalar hərəyə 2 qol vurub. İkinci hissədə "Neftçi" daha 2 qol vurub və hesabı lehinə çevirib. Sonrakı dəqiqələrdə də tərəflər hərəyə bir dəfə qapı torunu silkələyib. Yekunda "Neftçi" əzəli rəqibini məğlub etməklə turnir cədvəlindəki üç hakimiyyətliliyi azaldıb. 
 
Debütantların duelini isə Birinci Liqanın son çempionu qazanıb. Tura son çempion yekun vurub. Joze Alesionun yetirmələri böyükhesablı qələbə qazanmaqla zirvədəki mövqeyini də qoruyub. 
 
Yüksək Liqada növbəti turun oyunları oktyabrın 4-də keçiriləcək.
 
Yüksək Liqa
III tur
30 sentyabr
 
"Marafon" FK – "Record club" - 9:2
Qollar: Sadegh Javidtabar, 08:54, 22:38; Sərxan Məstiyev, 14:50, 27:37; Tofiq Mikayılov, 17:58; Elşən İbrahimxəlilov, 28:17; Majid Morovati, 31:45; Vladislav Reznov, 33:56; Vitali Borisov, 37:41 - Mehran Masoumikia, 23:21; Sina Jamali, 29:43
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Vüsal Balaşov.
 
"Xızı Futzal" – "Bakı" TFK - 1:3
Qollar: Xəyal Quliyev, 28:11 (6 metrlik) - Emin Abbasov, 02:00, 15:03; Orxan Səfiyaroğlu, 38:43.
Hakimlər: Əli Cəbrayılov, Rahin Heybətov, Xəlil Xəlilov.
 
"Neftçi" İK – EKOL - 5:3
Qollar: Emil Həsənzadə, 14:30, 21:07, 35:33; Oqtay Rüstəmli, 15:41, 27:11 - Əsgər Abasov, 04:33; Talebmohammad Arabpour, 17:33; Faiq Əliyev, 35:10
Hakimlər: Hikmət Qafarlı, Mehman Mahmudov, Fuad Həsənov.
 
"Permier" (Quba) – "Baku Fire" 2:4
Qollar: Firudin Ağalarov, 13:19; 38:35 - Yamin Ağakərimzadə, 08:27. Rasif Səfiyarov, 24:28; 39:21. Renat Sultanov, 31:05.
Hakimlər: Azər Əsgərov, Ramiz Məhərrəmov, Ziya Nəsirov.
 
"Araz" – "Yasamal" İSK 14:3
Qollar: Xətai Bağırov, 0:46; 18:19; 26:38. Ramiz çovdarov, 05:31; 19:10; 19:41. Hadi Rezvan, 06:01; 29:16. Rizvan Fərzəliyev, 11:59. Vahid Şafiei, 22:03; 28:41. Borges Souza Murilo, 25:16. Ahmadi Hadi, 34:12. Qurban Qurbanov, 37:14 - Elgün Abbaslı, 01:16; 22:47. Xətai Bağırov, 39:56-öz qapısına.
Hakimlər: Ramil Namazov, Elvin Ağayev, Knyaz Əmiraslanov.
 
 

1

Araz

3

3

0

0

25-6

9

2

Neftçi İK

3

3

0

0

16-7

9

3

EKOL

3

2

0

1

14-9

6

4

Baku Fire

3

2

0

1

7-7

6

5

Bakı TFK

3

2

0

1

9-11

6

6

Marafon FK

3

1

0

2

12-9

3

7

Xızı Futzal

3

1

0

2

5-5

3

8

Premier (Quba)

3

1

0

2

11-13

3

9

Record club

3

0

0

3

4-18

0

10

Yasamal İSK

3

0

0

3

8-26

0

 Bombardirlər: Firudin Ağalarov ("Premier" Quba) – 8, Emil Həsənzadə ("Neftçi" İK) – 7, Ramiz çovdarov ("Araz"), Xətai Bağırov ("Araz") – 6 qol

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest