"İnter"in sabiq baş məşqçisi Joze Mourinyo İtaliyaya qayıdacağı ilə bağlı söz-söhbətə son qoyub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis bu varianta müsbət yanaşmayıb.

56 yaşlı mütəxəssis gələcəyinin bu ölkə ilə bağlı olmayacağını vurğulayıb: "İnter" mənim evim, Massimo Moratti prezidentim və dostum olaraq qalır. O, mənim üçün bir ailə üzvü kimidi. 7-8 aydı işləmirəm. Gəlin görək bundan sonra nə olacaq. Amma İtaliyaya qayıdacağımı düşünmürəm. Gələcəyimin orda olmadığını hiss edirəm".

Qeyd edək ki, Joze Mourinyo "İnter"də olduğu dövrdə 2 dəfə A seriyasının, 1 dəfə İtaliya Kubokunun, İtaliya Superkubokunun və çempionlar Liqasının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest