Klublararası dünya çempionatı 2019-un final görüşünün keçiriləcəyi stadion məlum olub. Matc.az xəbər verir ki, turnirin həlledici görüşü Qətərin paytaxtı Dohada yerləşən "Education City" stadionunda keçiriləcək.

Final oyunu ilə yanaşı, bir yarımfinal matçı və 3-cü yer uğrunda oyun da məhz "Education City" stadionunda keçiriləcək.

Turnirdə "Liverpul" (İngiltərə), "Monterrey" (Meksika), "Esperans" (Tunis), "Əl Sədd" (Qətər) və "Yeqen Sport" (Yeni Kaledoniya) klubları iştirak edəcək. Libertadores kubokunun və Asiya çempionlar Liqasının qalibi olacaq komandalar da klublararası dünya çempionatında mübarizə aparacaq.

Qeyd edək ki, Qətərdə təşkil olunacaq dünya çempionatı dekabrın 11-dən 21-dək keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest