"Arsenal" İngiltərə Premyer Liqasının VII turunda "Mançester Yunayted"lə heç-heçəyə razılaşıb – 1:1. Matc.az xəbər verir ki, sözügedən qarşılaşmada "topçular"ın yeganə qoluna imza atan Pyerr-Emerik Obameyanq bu mövsüm 7 çempionat oyununda 7-ci qolunu vurub.

Qabonlu hücumçu bu göstəricidə "Arsenal"ın keçmiş futbolçusu Dennis Berqkampın rekordunu yeniləyib. Sabiq holland oyunçu 1997/98 mövsümüdə ilk 7 turda 7 qol vurmuşdu.

Qeyd edək ki, "Arsenal" hazırda 12 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest