"Ayntraxt" qapıçısı Kevin Trappı itirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Almaniya millisinin üzvü ciddi zədə alıb.

Belə ki, çiynindən xəsarət alan 29 yaşlı qolkiper əməliyyat olunacaq. Həkimlər Trappın 2019-cu ilin qalan 3 ayında meydana çıxa bilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Trapp bu mövsüm bütün turnirlərdə "Ayntraxt"ın heyətində 11 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest