Türkiyəli futbol hakimi Suat Arslanboğanın peşəkar hakimlik müqaviləsi ləğv olunub. Matc.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, Arslanboğa ilə TFF arasında avqustun 1-də imzalanan və 2020-ci il mayın 31-nə qədər olan müqaviləyə xitam verilib.
 
41 yaşlı referinin hakimlikdən uzaqlaşdırılmasının dəqiq səbəbi açıqlanmır. Arslanboğa son olaraq "Alanyaspor" - "Fənərbaxça" oyununda VAR hakimi, "Beşiktaş" - "Başakşəhər" matçında isə baş hakim kimi fəaliyyət göstərib.
 
Suat Arslanboğa 2007-ci ildən Super Liqa oyunlarına təyinat alırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest