"Qəbələ"nin sabiq müdafiəçisi Vitali Vernidub futbol akademiyası açıb. Matc.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, hazırda "Zarya"da çıxış edən futbolçu akademiyanı Zaporojye şəhərində açıb.

Akademiyaya 3-8 yaş arası uşaqlar qəbul olunacaq. 32 yaşlı mərkəz müdafiəçisi karyerasını bitirdikdən sonra bütün diqqətini uşaq futboluna yönəldəcək.

Qeyd edək ki, Vitali Vernidub 2015-2018-ci illərdə "Qəbələ"nin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest