"Real" daha bir itki ilə üzləşib. Matc.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Naço zədələnib.

O, çempionlar Liqasının qrup mərhələsinin II turunda "Brügge" ilə qarşılaşmada xəsarət alıb. Tibbi müayinədən sonra müdafiəçinin 2,5-3 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb. Bu isə o deməkdi ki, İspaniya millisinin üzvü üçün il bitib.

Qeyd edək ki, "Real" - "Brügge" oyunu 2:2 hesabı ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest