Qadınlardan ibarət Azərbaycan millisinin AVRO-2021-in seçmə mərhələsində İspaniya ilə səfərdə keçirəcəyi oyunun hakimləri müəyyənləşib. UEFA qarşıdakı oyunu irlandiyalı referilərə həvalə edib. Görüşü Paula Bredi idarə edəcək.

Qadınlardan ibarət Azərbaycan millisinin AVRO-2021-in seçmə mərhələsində İspaniya ilə səfərdə keçirəcəyi oyunun hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA qarşıdakı oyunu irlandiyalı referilərə həvalə edib.

Görüşü Paula Bredi idarə edəcək. Ona yan xətt hakimləri Mişel Onil və Olivia Sneyd köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Orla Devani yerinə yetirəcək.

Oktyabrın 4-də La Korunyadakı "Estadio Munisipal de Riazor"da keçiriləcək İspaniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, yan xətt hakimi Mişel Onil avqustda UEFA Superkubokunda "Liverpul"la "çelsi" arasında keçirilən matçda da hakimlər briqadasında yer alıb. 2:2 hesabı ilə başa çatan həmin görüşdə "Liverpul" penaltilər seriyası ilə qalib gəlib - 5:4.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest