"Barselona" UEFA çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "İnter"ə qarşı oyun öncəsi daha bir futbolçusunu itirib. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin sol cinah müdafiəçisi Junior Firpo sıradan çıxıb.
 
O, komandanın son məşqlərindən birində zədə alıb. Həkim müayinəsindən sonra gənc futbolçunun İtaliya klubu ilə qarşılaşmada meydana çıxa bilməyəcəyi dəqiqləşib.
 
Xatırladaq ki, "Barselona"nın digər sol cinah müdafiəçisi Jordi Alba da zədədən əziyyət çəkir. Bu üzdən də "İnter"lə oyunda müdafiənin sol cinahında byöyük ehtimalla sağ cinah müdafiəçisi Nelson Semedo oynayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest