FİFA sabiq vitse-prezidenti Eugenio Fiqeredonu ömürlük cəzalandırıb. Matc.az xəbər verir ki, bu barədə dünya futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda bildirilir ki, 87 yaşlı uruqvaylı futbol mütəxəssisi FİFA-nın etika kodeksini pozub. O, 2004-2015-ci illər aralığında müxtəlif turnirlərin teleyayım və marketinq hüquqlarının satışı zamanı rüşvət almaqda ittiham olunur.
 
FİFA Fiqeredonu ömürlük cəzalandırmaqla yanaşı, onu 1 milyon İsveçrə frankı məbləğində cərimə də edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest