"Yuventus"un yarımmüdafiəçisi Miralem Pyaniç cari mövsümlə bağlı hədəflərini açıqlayıb. Matç.az saytı xəbər verir ki, 28 yaşlı orta sahə oyunçusu çempionlar Liqasını qazanmaq istədiklərini söyləyib.

Bosniya və Herseqovina millisinin üzvü hətta finalda qarşılaşmaq istədikləri komandanın adını da açıqlayıb: "Yuventus" çempionlar Liqasını ən çox arzulayan komandalardan biridi. Rəqabətli kollektivimiz var, bu titulu qazana bilərik. Komandama inanıram və əminəm. Finalda isə "Barselona" ilə qarşılaşmağımızı istərdim".

Qeyd edək ki, çempionar Liqasının H qrupunda yer alan "Yuventus" 3 turdan sonra 9 xalla birinci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest