"Yuventus"un futbolçusu Kriştianu Ronaldonun Portuqaliya yığmasından kənar qalmasının səbəbi məlum olub. Matç.az saytı xəbər verir ki, portuqaliyalı həmkarlarımız bunun hücumçunun zorlamada ittiham olunması ilə bağlılığını iddia edir.

İttihamlarla üzləşən 33 yaşlı futbolçu Portuqaliya Futbol Federasiyasının prezidenti Fernando Qomeş və yığmanın baş məşqçisi Fernando Santuşla da danışıb. "Qızıl top"un beşqat qalibi belə durumda milliyə çağırılmamağını xahiş edib.

Ronaldo düşünür ki, belə vəziyyətdə yığmaya gəlməsi komandanın emosional durumuna mənfi təsir edə bilər.

Qeyd edək ki, Ronaldo bu ilin sonunadək yığmanın oyunlarına çağırılmayacaq.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest