Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində baş tutacaq "Vorskla" (Ukrayna) ilə qarşılaşmadan öncə "Qarabağ"ın son məşqi və mətbuat konfransının vaxtı açıqlanıb. Matç.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu tədbirlər sabah - noyabrın 7-də baş tutacaq.

 Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov Bakı vaxtıyla saat 20:30-da media mənsublarının önünə çıxacaq. "Qarabağ"ın son məşqi isə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi Poltava şəhərindəki Aleksey  Butovski adına stadionda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest