İngiltərənin "Vulverhempton" klubu Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Beşiktaş"ı məğlub edib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 1:0 hesabıyla bitən qarşılaşma Premyer Liqa təmsilçisi üçün əlamətdar olub. 
 
Belə ki, "Vulverhempton" 39 ildən sonra avrokubokların qrup mərhələsinin oyununda qələbə qazanıb.
 
"Canavarlar" sonuncu dəfə 1980-ci ildə, UEFA kubokunda PSV-ni 1:0 hesabıyla məğlub etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest