Futbol üzrə Rusiya Premyer Liqasında 12-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva "Dinamo"su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Orenburq"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
 
Ramil də bu görüşün iştirakçısı olub. Millimizin forvardı 81-ci dəqiqədə meydana buraxılsa da, komandasını xilas edə bilməyib.
 
"Dinamo" 12 turdan sonra 10 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest