20 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı razılıq əldə olunsa, argentinalı 2019-cu ilin iyununda İspaniyaya yollanacaq.

İspaniyanın "Real" klubu yeni transferə hazırlaşır. Matç.az saytı xəbər verir ki, Madrid təmsilçisi Argentinanın "River Pleyt" klubunun futbolçusu Esekiel Palasiosun özü ilə razılıq əldə edib.

Lakin "Kral klubu" yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu komanda ilə danışıqları yekunlaşdırmayıb. "Real" futbolçunun müqaviləsində göstərilən transfer məbləğindən artıq ödəməyə hazırdı. Sənəddə bu rəqəm 15 milyon avro göstərilsə də, "Real" "River Pleyt"ə 20 milyon təklif edib.

20 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı razılıq əldə olunsa, argentinalı 2019-cu ilin iyununda İspaniyaya yollanacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest