Rusiyanın "Dinamo" (Moskva) klubunun baş məşqçisi Dmitri Xoxlov istefa verib. Matc.az xəbər verir ki, o, Premyer Liqanın 12-ci turu çərçivəsində bu gün keçirilən "Orenburq"la oyundan sonra postundan ayrılmağa qərar verdiyini söyləyib.
 
Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Artıq klub rəhbərliyi Xoxlovun istefasını qəbul edib.
 
Qeyd edək ki, "Dinamo" "Orenburq"la oyunda 0:2 hesabıyla uduzub. ümumiyyətlə, 12 oyuna cəmi 10 xal toplamış Moskva klubu hazırda 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.
 
"Dinamo"da Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest