Futbol üzrə İngiltərə Premyer Liqasında 8-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçirilib. 

Turun açılış oyununda "Tottenhem" "Brayton"la üz-üzə gəlib və məğlubiyyətlə üzləşib. 

Lider "Liverpul" "Lester"lə oyunda ardıcıl 8-ci qələbəsinə sevinib.

"Bernli" "Everton"u məğlub yola salıb. "Uotford" – "Şeffild Yunayted" matçında qapılara qol vurulmayıb. "Aston Villa" səfərdə "Norviç Siti"ni darmadağın edibsə, "Kristal Pelas" da "Vest Hem"ə qalib gəlib.

İngiltərə Premyer Liqası
8-ci tur

5 oktyabr

Brayton – Tottenhem 3:0
Qol: Maupay, 3. Konnoli, 32; 65.

Bernli – Everton 1:0
Qol: Hendrik, 72.

Liverpul – Lester 2:1
Qol: Mane, 4-. Milner, 90-pen – Maddison, 80.

Norviç – Aston Villa 1:5
Qol: Drmiç, 88 – Uesli, 14; 30. Qriliş, 49. Hauriheyn, 61. D.Luis, 83.

Uotford – Şeffild Yunayted 0:0

Vest Hem – Kristal Pelas 1:2
Qol: Haller, 54 – Van Anholt, 63-pen. Ayyu, 87.

6 oktyabr

17:00 Arsenal – Bornmut
17:00 Mançester Siti – Vulverhempton
17:00 Sauthempton – çelsi
19:30 Nyukasl – Mançester Yunayted

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest