Futbol üzrə İtaliya A Seriyasında 7-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub. 

SPAL "Parma"nı, "Verona" isə "Sampdoriya"nı məğlub yola salıb. 

Cari mövsümə uğursuz start verən "Milan" isə "Cenoa"nın qonağı olub və əzmkar qələbəyə sevinib.

Qeyd edək ki, 7-ci turun "Breşiya" – "Sassuolo" matçı "Sassuolo"nun sahibi Corcio Skuintsinin vəfatı ilə əlaqədar təxirə salınıb.

İtaliya A Seriyası
7-ci tur

5 oktyabr

SPAL – Parma 1:0
Qol: Petanya, 31.

Verona – Sampdoriya 2:0
Qol: Kumbulla, 9. Murru, 81-öz qapısına.

Cenoa – Milan 1:2
Qol: Şöne, 41 – T.Hernandes, 52. Kessye, 57.

6 oktyabr

14:30 Fiorentina – Udineze
17:00 Roma – Kalyari
17:00 Atalanta – Leççe
17:00 Bolonya – Latsio
20:00 Torino – Napoli
22:45 İnter – Yuventus

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest