İspaniya La Liqasının 8-ci turu çərçivəsində "Qranada"ya 4:2 hesabı ilə qalib gələn "Real"ın heyətində növbəti itki baş verib. Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "kral klubu"nun yarımmüdafiəçisi Toni Kroos sıradan çıxıb. 
 
Oyunun 34-cü dəqiqəsində zədələnən futbolçu, qarşılaşmanı davam etdirə bilməyib və Luka Modriçlə əvəzlənib. Alman futbolçunun qarın nahiyəsindən zədələndiyi və nə qədər müddətə sıradan çıxdığının yaxın günlərdə dəqiqləşəcəyi bildirilir.
 
Bu oyun ərəfəsində isə Madrid təmsilçisinin digər futbolçusu Marselo sıradan çıxmışdı. Klubun rəsmi saytının yaydığı məlumata görə, braziliyalı müdafiəçi bir müddət məcburi istirahət etməli olacaq. Marselonun bərpa müddəti açıqlanmasa da, İspaniya mətbuatının xəbərinə görə, o, ən azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.
 
Qeyd edək ki, "Real"ın heyətində Ferlan Mendi, Naço, Tibo Kurtua və Marko Asensio da zədədən əziyyət çəkir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest