"Neftçi"nin müdafiəçisi Anton Krivotsyuk Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində 2:1 hesabıyla məğlub etdikləri "Səbail"lə matçı dəyərləndirib. Matc.az xəbər verir ki, oyunun asan keçmədiyini bildirən ikinci qolun müəllifi Azərbaycan dilini öyrənməsindən də danışıb:
 
"Biz tam olaraq oyuna köklənmişdik. Bununla belə, asan qələbə olmadı. Ardıcıl iki qələbədən sonra komandadakı ab-hava yaxşılaşıb. ümid edirəm ki, çempionatdakı fasilə oyunumuza mənfi təsir etməyəcək. 
 
Artıq il yarımdı Azərbaycan dilini öyrənirəm. Dərslərə kifayət qədər vaxt ayırmağa çalışıram. ümid edirəm, bu yaxınlarda müsahibələrəmi Azərbaycan dilində verə biləcəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest