Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Beşiktaş" - "Vulverhempton" matçını "Matc TV"də şərh edən Elvin Kərimovun sözləri Türkiyə mətbuatının gündəmini zəbt edib. Matc.az xəbər verir ki, azərbaycanlı şərhçinin Rusiya kanalında türkcə "Fikret Orman, paralar nerede?" deməsi diqqəti cəlb edib.

Kərimov Türkiyə mətbuatına açıqlamasında bunu öz adından yox, azarkeşlərin adından söylədiyini bildirib: "Rusiyada yaşasam da, 2000-ci ildən Türkiyə komandalarının bütün oyunlarını izləyirəm. Türkiyəlilərin oyunlarını Rusiyada şərh edirəm. "Beşiktaş" - "Vulverhempton" matçında əvvəlcə türkcə dediyim cümləni sonra rus dilində tərcümə etdim. Mən sadəcə, "Beşiktaş" azarkeşlərinin hər oyunda bu cümləni işlətdiklərini bildirdim. Sözlərimin bu qədər səs-küy doğuracağını bilmirdim. Düzdü, "Qalatasaray" azarkeşiyəm. Ancaq avrokuboklarda Türkiyənin bütün klublarını dəstəkləyirəm".

Elvin Kərimov oktyabrın sonlarında Trabzona gedəcəyini və "Trabzonspor" - "Krasnodar" matçını orda şərh edəcəyini əlavə edib.

Qeyd edək ki, "Beşiktaş" - "Vulverhempton" oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest