"Barselona"da baş məşqçi istefası reallaşıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Juvenil A"nın çalışdırıcısı Viktor Valdes vəzifəsindən uzaqlaşdırılıb.

Bu posta bir müddət əvvəl təyin olunan sabiq qolkiper klub rəsmisi Patrik Klyuvertlə yola getmədiyi üçün qovulub. Məsələ burasındadı ki, Klyuvert Valdesdən əsas komandanın sisteminə uyğun 4-3-3 taktikasında oynatmasını istəyib. Lakin gənc mütəxəssis 4-4-2-yə üstünlük verib. Tərəflər arasında anlaşılmazlıq nəticədə istefaya səbəb olub.

"Juvenil A"da onu "Juvenil B"dən Frank Artiqa əvəz edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest