"Barselona" "İnter"in hücumçusu Lautaro Martinesin transferində israrlıdı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu 22 yaşlı forvard üçün danışıqlara başlayıb.

La Liqa təmsilçisi Argentina millisinin üzvünü ən geci mövsümün sonunda heyətinə qatmaqda maraqlıdı. İspanlar onu yanvarda 33 yaşı tamam olacaq Luis Suaresə layiqli əvəzləyici hesab edirlər. "İnter"də müntəzəm əsas heyətə düşə bilməyən forvard özü də bu keçidin əleyhinə deyil.

Qeyd edək ki, Lautaro Martines "İnter"ə ötən il Argentina klubu "Rasinq"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest