"Los Anceles" klubu MLS-in sonuncu – 34-cü turunda "Kolorado Rapids"i məğlub edib – 3:1. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşma "Los Anceles"in hücumçusu Karlos Vela üçün əlamətdar olub. 
 
Belə ki, komandasının hər üç qoluna imza atan Vela, bu mövsümdə qollarının sayını 34-ə çatdırıb. 29 yaşlı hücumçu, bununla da, MLS tarixində bir mövsümə ən çox qol vuran futbolçu ünvanını qazanıb.
 
Daha əvvəl MLS-də heç kim bir mövsümdə 31-dən çox qol vura bilməmişdi.
 
Vela karyerası ərzində "çivas", "Arsenal", "Real Sosyedad" kimi klublarda çıxış edib. Meksikalı hücumçu 2018-ci ilin yanvarından "Los Anceles"də forma geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest