Futbol üzrə Almaniya milli komandasında iki itki baş verib. Matc.az xəbər verir ki, yığmanın üzvləri – Toni Kroos və Yonas Hektor zədələnib. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.
 
Hər iki oyunçu Almaniya millisinin təlim-məşq toplanışına qatılmayacaq. Onların əvəzinə yığmaya "Şalke"dən türk əsilli futbolçu Suat Serdar dəvət olunub. Bu, Suatın sözügedən milliyə ilk dəvətidi. 
 
Almaniya millisi əvvəlcə oktyabrın 9-da Argentina yığması ilə yoldaşlıq oyunu keçirəcək. Yoahim Lövün rəhbərlik etdiyi komanda oktyabrın 13-də isə Aç-2020-nin seçmə mərhələsi çərçivəsində Estoniya ilə qarşılaşacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest