"Napoli"nin və Albaniya milli komandasının üzvü Elseid Husay sıradan çıxıb. Matc.az xəbər verir ki, İtaliya A Seriyasının 7-ci turunun "Torino" ilə matçında zədələnən müdafiəçi uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. 
 
Bu barədə "Napoli"nin mətbuat xidməti məlumat yayıb.
 
Bir müddət əvvəl Albaniya millisinin heyətinə dəvət alan Husay, yığmanın toplanışına qatılmayacaq.
 
"Torino" – "Napoli" matçı qolsuz bərabərliklə bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest