Argentinalı futbolçu Ezekiel Esperon vəfat edib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı futbolçu binanın 6-cı mərtəbəsindən yıxılıb.
 
Təcili xəstəxanaya aparılan oyunçunun həyatını xilas etmək mümkün olmayıb.
 
Faciə oktyabrın 6-da, saat 3:00 radələrində baş verib. Dostları ilə birlikdə binanın balkonunda partidə olan Esperon, ehtiyatsızlıqdan yerə yıxılıb və vəfat edib.
 
Ezekiel Meksikanın "Atlante" klubunda forma geyinirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest