İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, bu, "Liverpul"un müdafiəçisi Joel Matipdi. 
 
Bu barədə "qırmızılar"ın rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu Pyer-Emerik Obameyanq ("Arsenal"), Kallum Vilson ("Bornmut"), Rikardo Pereyra ("Lester"), Kevin de Breyne və Riyad Mahrezi (hər ikisi "Mançester Siti") qabaqlayaraq, birinci olub.
 
Matip, "Liverpul"un sentyabr ayında Premyer Liqada keçirdiyi hər 3 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest