"Oyuna normal başladıq. Ancaq tədricən yorğunluq futzalçılarda əsəblərin tarıma çəkilməsinə səbəb oldu". Matç.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri futzal üzrə ölkə çempionu "Araz"ım baş məşqçisi Alesio Da Silva deyib.

Braziliyalı mütəxəssis çempionlar Liqasının əsas mərhələsinin II turunun "Valletta" (Malta) ilə qarşılaşması (1:1) barədə fikirlərini açıqlayıb: "Nəticədə oyun intizamı pozuldu, yersiz top itkilərinə yol verdik, iki oyunçumuz qırmızı vərəqə aldı. Onsuz da heyətimiz məhdud idi. Oyun ərzində iki dəfə azlıqda mübarizə aparmağımız işimizi daha da çətinləşdirdi. Halbuki görüş ərzində maksimum dərəcədə sakit olmalarını və oynamalarını tapşırırdım. Demək olar, növbəti mərhələyə yüksəlmək şansımızı itirdik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest