Braziliya millisinin və "Roma"nın sabiq üzvü Mişel Bastos karyerasını bitirib. Matc.az xəbər verir ki, bu barədə 36 yaşlı futbolçu instaqram hesabından məlumat yayıb.

Son klubu Braziliyanın "Ameriko" komandası olan Bastos sentyabrın 16-dan işsiz idi.

Qeyd edək ki, Bastos karyerası ərzində "Lill", "Lion", "Roma", "Şaxtyor", "Şalke" kimi klublarda çıxış edib. O, 10 dəfə formasını geyindiyi Braziliya millisində 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest