"Bizi çətin qarşılaşmanın gözlədiyini bilirdik. çünki rəqibimizin bu cür yarışlarda təcrübəsi çoxdu". Matç.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri futzal üzrə Malta çempionu "Valletta"nın baş məşqçisi Xavier Saliba deyib

O, çempionlar Liqasının əsas mərhələsinin II turunun "Araz"la qarşılaşmasını (1:1) şərh edib: "Oyunu müdafiədən qurmuşduq və rəqibi əks-hücumlarda yaxalamağa çalışdıq. Birinci hissədə səhv etdik və təcrübəli rəqibimiz bunu bizə bağışlamadı. İkinci hissədə oyun planında dəyişiklik etdik. Xüsusilə də rəqib iki dəfə qırmızı vərəqə alaraq azlıqda qaldıqdan sonra oyunu meydanın onlara aid hissəsində keçirməyə çalışdıq və bəhrəsini gördük. Nəticə bizi qane etdi. Hələ bu cür yarışlara uyğunlaşmağa çalışırıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest