"Yuventus"un hücumçusu Mario Mandzukiç İngiltərəyə köçməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, xorvatiyalı forvard "Mançester Yunayted"lə anlaşıb.

Tərəflər arasında danışıqlar, demək olar ki, müsbət yekunlaşıb. Ulduz futbolçu böyük ehtimalla qış fasiləsində Mançesterə yollanacaq. çempionlar Liqasında "Yuventus"un iştirak ərizəsinə salınmayan Mandzukiçin keçidi üçün klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Mario Mandzukiç yay fasiləsində Qətər klubu ilə anlaşsa da, keçid son anda baş tutmamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest