İranda qadın azarkeşlərin stadiona buraxılmasına qoyulan qadağa nəhayət ki, aradan qaldırılıb. Matc.az xəbər verir ki, FİFA-nın bu ölkəyə və İran Futbol Federasiyasına qarşı xeyli müddətdi davam edən təzyiqləri bəhrəsini verib.
 
Belə ki, bu gün 40 illik qadağadan sonra qadın azarkeşlər İranda stadiondan canlı futbol izləyə biliblər. Onlar Dç-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən İran və Kambociya yığmaları arasındakı oyunu birbaşa stadiondan izləyiblər.
 
Tehran şəhərindəki "Azadi" stadionunda baş tutan qarşılaşma İran yığması üçün də uğurlu alınıb. Belə ki, qonşu ölkə yığması bu matçda 14:0 hesablı qələbəyə sevinib. İranlı futbolçular hər hissədə rəqib qapısından 7 top keçiriblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest