Şamaxıda yeniyetmə cüdoçular arasında regional birincilik keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunan yarışda Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Qobustan və Şamaxı idmançıları iştirak ediblər.
 
Şimal bölgəsi üzrə birincilikdə oğlan və qız cüdoçular iki yaş qrupunda medallar uğrunda mübarizə aparıblar. Daha çox medal qazanan Qəbələ cüdoçuları birinci yeri tutublar.
 
Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr təqdim olunub. U-15 və U-18 yaş qrupu üzrə yarışların qaliblərini sizə təqdim edirik:
 
U-15
-30 kg Muradlı Musa
-34 kg Məmmədli Tunar
-38 kg Mirzazadə Ayxan
-42 kg Mirzazadə Elxan
-46 kg Cəfərov İbadət
-50 kg Eyvazov Hüseyn
-55 kg Məmmədov Rəşad
-60 kg İsmayılov Ruslan
-66 kg Mahmudzadə Xasay
 
Qızlar
-40 kg Salahova Nərgiz
-44 kg Sadıqzadə Ziyafət
 
U-18
-46 kg Qayıbov Samir
-50 kg Mirzəyev Babarəhim
-55 kg Əhmədov Azər
-60 kg İsayev İbrahim
-66 kg Yaqubov Niyət
-73 kg Ağayev Səda
-81 kg Cabbarov Tamerlan
 
Qızlar
-44 kg Eyyubova Günay

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest