Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsinin (KONKAKAF) Millətlər Liqasında növbəti oyunlar keçirilib. Matc.az saytının məlumatına görə, "Neftçi"nin futbolçuları Soni Mustivar və Vild-Donald Geryenin şərəfini qoruduğu Haiti millisi qrupda 3-cü görüşünə çıxıb.

A liqasının D qrupunda yer alan Haiti öz meydanında Kosta-Rika ilə qarşılaşıb. Start heyətində yer alan Mustivarla Gerye oyunu əvəz edilmədən keçiriblər. Qarşılaşma isə 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, 3 oyunda 2 xal toplayan Haiti oktyabrın 15-də Boliviya ilə yoxlama görüşü keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest