"Amerika" klubunun yarımmüdafiəçisi Sebastian Kordova karyerasını Avropada davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 22 yaşlı futbolçu "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

"Mankunianlar"ın skautları Kordovanın çıxışını canlı izləmək üçün Meksikanın Trinidad və Tobaqo ilə yoldaşlıq görüşü (2:0) zamanı tribunadakı yerlərini alıblar. Futbolçunun özünə də bu barədə artıq məlumat verilib. İngiltərə klubu Meksika millisinin üzvünü qış fasiləsində heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Amerika"nın yetirməsi olan Sebastian Kordova indiyə qədər ölkəsini tərk etməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest