"Bizim Samir Abasovu qaytarmaqla bağlı hər hansı bir planımız olmayıb. Biz tərəfdən onunla yazılı və ya şifahi surətdə heç bir danışıq olmayıb. "Sumqayıt"ın baş məşqçisi var. Bütün komanda olaraq, Ayxan Abbasovun işini yüksək qiymətləndiririk, ona güvənirik və məşqçimizlə yolları ayırmağı düşünmürük".

"Samir Abasovun dünən saytınızda gedən müsahibəsi ilə tanışam. öncə onu qeyd edək ki, Abasova sabiq baş məşqçimiz, Sumqayıt şəhərinin tanınmış simalarından olan biri kimi, böyük hörmətimiz var. Lakin açıqlamasında "Sumqayıt"la bağlı planım yoxdu" fikirini başa düşmədim". Bu sözləri matc.az saytına açıqlamasında "Sumqayıt"ın idman direktoru Zamiq Hüseynov deyib.

"Zirə"nin baş məşqçi postundan yenicə ayrılan Samir Abasovun adı bir neçə klubla hallansa da, o, hələlik sabiq komandası "Sumqayıt"a qayıtmaq fikrinin olmadığını söyləyib.

Abasovun fikrinə münasibət bildirən Zamiq Hüseynov 41 yaşlı məşqçi ilə maraqlanmadıqlarını vurğulayıb: "Bizim Samir Abasovu qaytarmaqla bağlı hər hansı bir planımız olmayıb. Biz tərəfdən onunla yazılı və ya şifahi surətdə heç bir danışıq olmayıb.  "Sumqayıt"ın baş məşqçisi var. Bütün komanda olaraq, Ayxan Abbasovun işini yüksək qiymətləndiririk, ona güvənirik və məşqçimizlə yolları ayırmağı düşünmürük. O ki qaldı iddiası olmayan kluba gəlməklə bağlı fikrə, bu, onun şəxsi fikridi. Biz heç də belə hesab etmirik və ötən mövsüm Azərbaycan Kubokunda final oynamaqla bunu sübut etdik".

Qeyd edək ki, Samir Abasov "Zirə"yə keçməzdən əvvəl "Sumqayıt"ı çalışdırıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest