Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun "Aue"dəki taleyinə aydınlıq gəlib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 29 yaşlı orta sahə oyunçusu almanlarla sözləşmə müddətini uzadıb.

Nazarov Bundesliqa II təmsilçisi ilə sözləşmənin müddətini 2023-cü ilin yayına qədər yeniləyib. "Aue" onunla yanaşı, Klemens Fandrixlə də anlaşmanı uzadıb.

Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən "Aue"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest