Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən Premyer Liqa klublarının əsas komandaları ilə yanaşı, əvəzediciləri də yararlanır. Matc.az xəbər verir ki, "Sumqayıt"la "Qarabağ"ın ikinci komandaları yoxlama görüşündə üz-üzə gəlib.

Qarşılaşma "Kapital Bank Arena"nın ehtiyat meydançasında baş tutub və 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, I divizionda 6 turdan sonra "Qarabağ" 9 xalla 4-cü, "Sumqayıt" isə 8 xalla 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest