"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger maraqlı açıqlama ilə diqqət çəkib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı mütəxəssis Eden Azarın "Real"a transferini dəyərləndirib.

Venger belçikalı forvardın böyük oyunçu olduğunu söyləyib. Ancaq onun fikrincə, Azar ötən il "Yuventus"a keçən Kriştianu Ronaldonu əvəz edə bilməz: "Azar "Real"ın bir çox sualının cavabı olacaq, ancaq şübhəsiz ki, Ronaldonu əvəz edə bilməz. Hər mövsüm 50 qol vura bilməyəcək. "Real"ın başqa hücumçuya ehtiyacı var. Benzemanın artıq 32 yaşı var. Əgər yaşı az olsaydı, bəlkə bu məsələdə asanlaşacaqdılar. Azar vacib oyunlarda hücumlar yaratmağı bacaran inanılmaz oyunçudu. Heç kimdən qorxmur. Düşünmürəm ki, "Real" əsl Azarı görüb. İndi yaxşı vəziyyətdə deyil. özünə gələndə inanıram ki, "Real" məmnun olacaq".

Qeyd edək ki, "Real" Eden Azarı bu yay "çelsi"dən transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest