PSV-nin hücumçusu Doniell Malen komandasını dəyişməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bir neçə top-klub onun xidmətində maraqlıdı.

Xüsusən də, "Liverpul" və "Barselona" 20 yaşlı oyunçunu transfer etməkdə israrlı görünür. İspaniya nəhəngi yanvarda 33 yaşı tamam olacaq Luis Suaresi məhz Hollandiya millisinin üzvü ilə əvəzləmək niyyətindədi. Malenin ən geci mövsümün sonunda böyük klublardan birinə keçidi gözlənilir.

Qeyd edək ki, Doniell Malen ötən ildən PSV-nin əsas komandasında çıxış edir. Bu mövsüm Erediviziyada 9 matçda meydana çıxan forvard aktivinə 10 qol yazdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest