"Zirə"nin yunanıstanlı müdafiəçisi Anastasios Papazoğlu ölkəsinin mətbuatına müsahibə verib. Matc.az saytının məlumatına görə, 31 yaşlı futbolçu Azərbaycan barədə xoş fikirlər səsləndirib.

- Azərbaycanla bağlı ilkin təəssüratlarınız necədi?

- çox yaxşıdılar. Bura gəlməsən, nələrin baş verdiyini başa düşə bilməyəcəksən. Açığı, bu ölkə haqda fərqli düşünürdüm. Ancaq gözləntilərim yanlış çıxdı.

- Bakı barədə nə deyə bilərsiniz?

- çox gözəl şəhərdi. Burda yaşadığım üçün çox şanslıyam. Həyat keyfiyyəti çox yaxşıdı. Hər yerdə inkişaf və tərəqqi var. Belə davam edərsə, 4-5 ildən sonra bu şəhər kiçik Dubay olacaq.

- İnsanların sizə münasibəti necədi?

- İlk gündən özümü rahat hiss edirəm. Uyğunlaşmada problem yaşamadım. Hər gün mənə kömək edirlər. Asanlıqla uyğunlaşdığımı deyə bilərəm. özümü rahat hiss etməyim üçün köməklik göstərirlər.

- Futbolun səviyyəsi necədi?

- Yunanıstan çempionatından fərqlidi, ancaq hər gün böyüyür. Komandalar çox yaxşı təşkilatlanıb. Yunanlarda olmayan yeganə amil budu.

- Şəxsi hədəfləriniz nədən ibarətdi?

- Məqsədim komandamın mövsümü ilk 4-lükdə bitirməsinə kömək etməkdi. Ona görə də bura gəlmişəm.

- Sizi ən çox nə təəccübləndirdi?

- Bayaq dediyim kimi, yaxşı təşkilatçılıq. Bu, hər sahəyə aiddi. Burda hər şey plana uyğun gedir.

- Yunanıstanla bağlı ən çox nədən ötrü darıxırsınız?

- Dostlarla görüşüb qəhvə içməkdən ötrü. Bu, darıxdığım kiçik bir şeydi.

- Qayıtmağı düşünürsünüzmü?

- Hazırda bu barədə fikirləşmirəm. Qayıtmaq planlarımda yoxdu. Ancaq gələcəkdə nələrin baş verə biləcəyini heç vaxt bilmirsən. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest