"Reyncers"in baş məşqçisi Stiven Cerrard vəzifəsindən ayrıla bilər. Matc.az saytının xarici mətuata istinadən məlumatına görə, gənc mütəxəssisin Türkiyəyə köçməsi istisna deyil.

Qonşu ölkə mətbuatı onun "Beşiktaş"dan təklif aldığını iddia edib. İstanbul nəhəngi hazırkı çalışdırıcı Abdullah Avcı ilə yollarını ayırmağı planlaşdırır. Əgər bu baş verərsə, "ağ-qaralar" Cerrardı bu posta gətirməyə çalışacaq.

Qeyd edək ki, "Beşiktaş" Türkiyə Superliqasında 7 turdan sonra 12-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest