Fransa millisi yarımmüdafiəçisi Nqolo Kanteni itirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "çelsi"nin dayaq yarımmüdafiəçisi yığmanın düşərgəsində zədələnib.

Belə ki, ulduz futbolçu AVRO-2020-nin seçmə mərhələsində İslandiya ilə dünənki qarşılaşma öncəsi məşq zamanı xəsarət alıb. Bu üzdən komandasının 1:0 hesablı qələbə qazandığı qarşılaşmanı buraxan Kantenin növbəti matçda iştirakı sual altındadı. Həkim müayinəsindən sonra zədənin ciddiliyi üzə çıxarsa, 28 yaşlı oyunçu Türkiyə ilə görüşü buraxacaq.

Qeyd edək ki, Fransa - Türkiyə matçı oktyabrın 14-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest