İtaliya A seriyasının VII turunda "Kalyari" ilə qarşılaşan "Roma"da itki baş verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, paytaxt klubunun əsas hücumçusu Edin Dzekoda zədə aşkarlanıb.

Qarşılaşmanı 90 dəqiqə əvəz edilmədən keçirən bosniyalı forvardın üz sümüyünün sındığı məlum olub. Bu üzdən 33 yaşlı oyunçu əməliyyat olunub. Dzekonun təxminən 3 həftə komandadan ayrı qalacağı bildirilib.

Qeyd edək ki, "Roma" - "Kalyari" matçı 1:1 hesabı ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest