Silvinyonu istefaya göndərən "Lion" baş məşqçi axtarışlarını davam etdirir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Fransa klubunun bu posta ilk namizədi Loran Blandı.

Lakin PSJ-nin sabiq çalışdırıcısı buna müsbət yanaşmır. 54 yaşlı mütəxəssis "Lion"un təklifindən imtina edir. Buna səbəb isə onun gözünün "Mançester Yunayted"də olmasıdı. "Qırmızı şeytanlar" Ole Qunnar Sulşeri istefaya göndərərsə, Blanla danışığa başlamağı planlaşdırır.

Qeyd edək ki, "Bordo", PSJ və Fransa yığmasında çalışmış Loran Blan 2016-cı ildən işsizdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest