Futbol üzrə Braziliya yığma komandası yoxlama oyununda qüvvəsini sınayıb. Matc.az xəbər verir ki, sözügedən kollektiv Nigeriya millisi ilə üz-üzə gəlib.
 
1:1 hesabıyla başa çatan qarşılaşma Braziliya yığmasının hücumçusu Neymar üçün uğursuz bitib. Belə ki, matçın əvvəlindəcə zədələnən futbolçu 12-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. 
 
Fransa çempionu PSJ-nin şərəfini qoruyan hücumçunun vəziyyətinə qarşıdakı günlərdə ətraflı həkim müayinəsindən sonra aydınlıq gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest