Futbol üzrə Türkiyə millisinin və "Qalatasaray"ın sabiq üzvü Olcan Adın karyerasını başa vurub. Matc.az xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçinin özü məlumat yayıb.
 
Karyerası ərzində "Fənərbaxça", "Qalatasaray", "Trabzonspor", "Karşıyaka" kimi klublarda çıxış edən Olcanın son iş yeri "Antalyaspor" olub. 
 
Sabiq yarımmüdafiəçi Türkiyə milli komandasında da 10 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest